Gürcüstan "Boeing 737 Max"ların hava məkanında uçuşunu qadağan etdi
13
mar
2019
21:55
Gürcüstan ümumiyyətlə hava məkanında "Boeing 737 Max" təyyarələrinin uçuşunu qadağan edib.Belə bir qərarı respublikanın Mülki Aviasiya Agentliyi Efiopiyada bu tip təyyarənin qəzaya uğramasından sonra qəbul edib.Qeyd edək ki, Gürcüstanla yanaşı Türkiyə, Almaniya, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, Cənubi Koreya, Hindistan və digər ölkələrə məxsus ümumilikdə 26 aviaşirkət bu təyyarələrlə uçuşu dayandırıb.Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.2018-ci ilin oktyabrında isə İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsinin qəzaya uğraması nəticəsində 189 ölmüşdü. Qəzaya düşən təyyarədə bir neçə texniki nasazlıq aşkarlanmışdı.BAKU.WS
Oxşar xəbərlər
Cahangir Əsgərov: Boeing 737 MAX-8 təyyarələrinin qəzaya uğraması ilə əlaqədar AZAL Boeing korporasiyası ilə sıx əlaqə saxlayır
Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing korporasiyası ilə sıx...