İndoneziyada təyyarə qəzası: 189 nəfərdən heç kim sağ qalmadı - VİDEO

İndoneziyada təyyarə qəzası: 189 nəfərdən heç kim sağ qalmadı - VİDEO
Video
Siyasət 1788

İndoneziyada "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. BAKU.WS-in ria.ru-ya istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində heyət üzvləri ilə birgə 189 (181 sərnişin və 4 ekipaj üzvü) nəfər olub.

Fövqəladə halların aradan qaldırılması üzrə İndoneziya Milli Agentliyinin nümayəndəsi qəzadan sonra sağ qalanların olmadığını söyləyib.

İndoneziyanın Pankalpinanq şəhərinə uçuş həyata keçirən "Boeing 737-800" sərnişin təyyarəsi uçuşdan 13 dəqiqə sonra radarlardan itib.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır, təyyarənin qalıqları və sərnişinlərin şəxsi əşyaları aşkar edilib.

İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsi Bambanq Ervan məlumat verib ki, "Boeing" təyyarəsinin ekipajı qəzaya uğramamışdan əvvəl uçuş həyata keçirdiyi hava limanına geri dönmə tələb edib.

Öz növbəsində, İndoneziya Maliyyə Nazirliyindən qəzaya uğramış təyyarədə qurumun 20 əməkdaşının olduğu bildirilib.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

"Lion Air" aviaşirkətindən qəzaya uğramış təyyarənin yeni olduğu - avqustdan istifadə edildiyi və uçuş üçün yararlı və laynerin heyət üzvləri ümumilikdə 11 min saat uçuş həyata keçirmiş təcrübəli pilotlar olduğu bildirilir.

BAKU.WS

Son xəbərlər