"Ölüm təyyarəsi"nin qəzaya düşməsinin səbəbi açıqlandı (RƏSMİ)

Ölüm təyyarəsinin qəzaya düşməsinin səbəbi açıqlandı (RƏSMİ)
Hadisə 1437

 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Misirdən Rusiyaya uçan A321 tipli sərnişin təyyarəsinin hansı səbəbdən qəzaya düşdüyünü açıqlayıb.

BAKU.WS-in məlumatına görə, ekspertlər laynerin qırıntılarında partlayıcı maddənin izlərini tapıblar. Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov bildirib ki, Misirdə Rusiya təyyarəsinin qəzaya düşməsi terror aktı ilə əlaqəlidir. 

Xatırladaq ki, Misirin turizm şəhəri Şarm Əl-Şeyxdən Rusiyanın Sankt Peterburq şəhərinə gedərkən baş verən qəzada 21-i uşaq 217 sərnişin və 7 nəfərdən ibarət olan ekipaj üzvü həlak olub. Airbus A321 tipli sərnişin təyyarəsi ilə əlaqə havalandıqdan 23 dəqiqə sonra kəsilib. 

Pilot Qahirə Hava limanına təcili eniş tələb edib. Təyyarədə 7 ekipaj və 21 uşaq daxil olmaqla ümumilikdə 224 sərnişin olub. 

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər