"Ölüm təyyarəsinə" bilet alan qadın son anda həyatda qaldı (VİDEO)
Misirin Şarm əl Şeyx şəhərindən Sankt Peterburqa gedərkən Sinadan qəzaya düşən təyyarənin bir sərnişini son anda ölümdən xilas olub.
BAKU.WS-in məlumatına görə, Yana Veretenova adlı qadın "ölüm təyyarəsi"nə aldığı bileti dəyişdirərək Moskvaya bilet alıb. Son anda bu qərarı verdiyini söyləyən Yana sözlərinə belə davam edib:
"Hazırda Şarm əl Şeyx havalimanındayam. Sankt Peterburqa gedən təyyarənin düşməsi səbəbiylə uçuş təxirə salınıb. Dörd saatdan çoxdur gözləyirik, bizə su verdilər. Ən başda Sankt Peterburqa getməliydim, lakin son anda fikrimi dəyişdirdim. Havalimanında vəziyyət çox gərgindir, hər kəs xəbərləri oxuyur, öz aralarında danışırlar. Uçmağa çox qorxuruq", - deyə şanslı qadın bildirib.
Xatırladaq ki, dünən Misirin turizm şəhəri Şarm Əl-Şeyxdən Rusiyanın Sankt Peterburq şəhərinə gedərkən baş verən qəzada 21-i uşaq 217 sərnişin və 7 nəfərdən ibarət olan ekipaj üzvü həlak olub. Airbus A321 tipli sərnişin təyyarəsi ilə əlaqə havalandıqdan 23 dəqiqə sonra kəsilib.
Qəzaya səbəb təyyarənin motorunda nasazlıq olması səbəb olub. Pilot Qahirə Havalılimanına təcili eniş tələb edib. Təyyarədə 7 ekipaj və 21 uşaq daxil olmaqla ümumilikdə 224 sərnişin olub.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bütün dünyanı ağladan şəkil (VİDEO)
Misirdə qəzaya düşən Rusiyaya məxsus Airbus A-321 tipli sərnişin təyyarəsinin 10 aylıq körpə sərnişi Darina Qromovanın son şəkili insanları duyğulandırıb. BA...