Rusiyada iki sərnişin təyyarəsi toqquşdu
08
noy
2015
11:37
Rusiyanın Xabarovsk şəhərinin hava limanında iki təyyarə toqquşub.
BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, "Aeroflot” aviaşirkətinə məxsus "Boeing 777” təyyarəsi uçuş zolağında hərəkət edərkən "AN-26" tipli təyyarənin qanadına toxunub.
Qəza nəticəsində hər iki təyyarəyə ziyan dəyib. Sərnişinlər arasında ölən və ya xəsarət alan yoxdur.
Şahidlərin sözlərinə görə, toqquşma "Boeing 777” təyyarəsinin pilotlarının günahı ucbatından baş verib. Hava limanı öz işini normal rejimdə davam etdirir. Hadisə ilə bağlı istintaq gedir.
BAKU.WS
Oxşar xəbərlər
“Avtoş” Cəbrayıl Moskvada aləmi bir-birinə qatdı (VİDEO)
Rusiyanın paytaxtı Moskva şəhərində ağır zəncirvari yol qəzası baş verib. BAKU.WS-in məlumatına görə, hadisə noyabrın 3-də axşam saatlarında körpü yaxınlığında...