Koronavirusun yayıldığı ən təhlükəli ölkələrin SİYAHISI
Mayın 1-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 3 175 207 nəfərə çatıb.
BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 84 min nəfərdən çox insan yeni koronavirusa yoluxub. Onlardan 6403 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 3175207 nəfərə, ölənlərin isə 224172 nəfərə çatıb.
COVID-19-a ən çox yoluxmalar və ölümlər Avropada qeydə alınıb. Köhnə qitədə 1 461 404 nəfər pandemiyanın qurbanı olub, 138 200 ölüm baş verib. Son 24 saatda bu qitədə koronavirusa yoluxanların sayı 26 274, ölənlərin sayı 2 239 nəfər artıb.
Şimali və Cənubi Amerikada 1 291 917 insan koronavirusa yoluxub, 69 087 nəfər ölüb. Bu region son bir gündə virusa yoluxanların sayı (45 727) və ölüm hallarının sayına görə (3 859) Avropanı üstələyib.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 188 585 yoluxma və 7 598 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 035 353), İspaniyada (213 435), İtaliyada (205 463), Böyük Britaniyada (171 257), Almaniyada (159 119), Fransada (128 121), Türkiyədə (120 204), Rusiyada (114 431), İranda (94 640) və Çində (84 385) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır
Aprelin 27-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 954 222 nəfərə çatıb. BAKU.WS-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının...