Qazaxıstan da sərt karantin rejiminə qayıdır

Qazaxıstan da sərt karantin rejiminə qayıdır.
BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq koronavirusla mübarizə üzrə dövlət komissiyasına ölkədə sərt karantin rejiminin tətbiqi ilə bağlı təklifləri işləyib hazırlamağı tapşırıb:
“Hazırkı epidemioloji vəziyyətin stabilləşdirilməsi üçün sərt tədbirlərin qəbul edilməsi ilə bağlı dövlət komissiyasına bu ilin mart-aprel aylarında olduğu kimi sərt karantin rejiminin tətbiq edilməsi barədə iki gün ərzində təkliflər hazırlayıb mənə təqdim etmələrini tapşırıram”.
Bundan başqa, Qazaxıstan Prezidenti pandemiya ilə mübarizədə yaranan neqativ sosial və iqtisadi fəsadların aradan qaldırılması ilə bağlı dövlət komissiyasının rəhbəri, Baş Nazir Əsgər Maminə tapşırıq verib.
Oxşar xəbərlər
Dünya ölkələri bayramı erkən etməyə başladı, vəziyyət daha da pisləşdi
Ötən ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan və bütün dünyada bu günə qədər 8 milyondan çox insanın yoluxmasına səbəb olan koronavirus pandemiyası ilə...
