Sabah mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakıda Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində yerləşən yan yolunda kommunikasiya baxış quyularında təmir işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bakıda avtobusdan istifadə edənlərə VACİB XƏBƏRDARLIQ - 20 noyabr saat 00:00-dan...
Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiq...