FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır
Yeniliklərdən dərhal xəbərdar olun
Badamdarda sürüşmə prosesi aktiv fazadadır.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
"Sorğunuza cavab olaraq bildiririk ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar sürüşmə sahəsinə (Badamdar şosesi) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib", - FHN-dən vurğulanıb.
Qeyd olunub ki, bununla əlaqədar, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.
Oxşar xəbərlər
Qubadlının üç yaşayış məntəqəsində 28,8 milyon manatlıq layihə həyata keçiriləcək
Qubadlı rayonu Zilanlı, Mahruzlu və Xanlıq yaşayış məntəqələrinin ərazilərinin Həkəri çayının daşqın sularından mühafizəsi layihəsi çərçivəsində tikinti işləri...