Azərbaycanda 10 ayda 9 tondan çox narkotik dövriyyədən çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirlərinə nəticəsində ümumilikdə 6792 cinayət faktı aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Onlardan 1975-i narkotik vasitələrin qanunsuz satışı, 4662-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 153-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Qanunsuz dövriyyədən çıxarılmış 9 ton 049 kq 295,58 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 265 milyon 473 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4731 nəfər cəlb edilib, onlardan 4603-ü kişi, 128-i qadın olub.
Oxşar xəbərlər
Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlu...