Küləklə bağlı narıncı XƏBƏRDARLIQ!
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Neftçala, Salyan, Göyçay, Hacıqabul, Qobustan, Daşkəsən, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunan Məleykə Abbaszadə kollektivə təqdim edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yeni rektoru kollek...