Bakının mərkəzində ağacı deşib içərisinə benzin tökürlər - VİDEO
Nadir və nəsli kəsilməkdə olan, adı "Qırmızı Kitab"a daxil edilən çinar ağacı məhv edirlər. Ağacın məhv edilməsi üçün gövdəsində deşik açıblar. Hələ bu azmış kimi həmin deşiklərə ağacın qurumasını təmin edəcək maye də töküblər.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət paytaxtın Səbayıl rayonu Nizami küçəsində, Fəvvarələr meydanında olan xan çinarından gedir. Ağac kim və ya kimlərsə tərəfndən belə qəddarcasına məhv edilir.
Ağacın gövdəsinin deşilməsi isə artıq yavaş-yavaş öz nəticəsini verməyə başlayıb. Yarpaqları solan ağac qurumağa doğru gedir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə məsələ ilə bağlı artıq araşdırmalara başlayıb. Nazirlikdən bildirilib ki, həmin ərazidə çoxillik xüsusi görkəmə malik xan çinarı məqsədli şəkildə müxtəlif üsullarla qurudulmağa çalışılır. Bu hadisəni törədənlərin cəzalandırılması istiqamətində iş aparılır.
Nazirliyin sektor müdiri Fəxrəddin İsgəndərovun sözlərinə görə, ağacın qurumaması istiqamətində də işlər görülür. Əgər ağacın quruması öz təsdiqini taparsa, bu zaman yaşıllığa dəymiş ziyana görə hadisəni törədən şəxs əlavə 2500 manat cərimə olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ağaclar kütləvi şəkildə kəsildi - MİS cərimələndi
Bakı şəhərinin daha bir ərazisində kütləvi şəkildə ağac kəsilməsi faktı qeydə alınıb. BAKU.WS report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonu, IV mikr...