Yasamal Rayon İcra Hakimiyyəti: "Ümumiyyətlə orada ağac var ki?" (VİDEO)
Bakının Yasamal rayonu Mətbuat prospektində yerləşən "Ovçular Birliyi"nə məxsus binanın sökülməsi və ətrafdakı ağacların kütləvi surətdə məhv edilməsi cəmiyyətdə rezonans doğurub.
BAKU.WS xəbər verir ki, kökündən çıxarılaraq məhv edilmiş ağaclara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən akt tərtib edilib və həmin tikinti şirkətinə cərimələr tətbiq ediləcək. Digər ağaclar isə nəzarətə götürülüb. Ərazidə Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri çərçivəsində bütün tədbirlər görülüb. Cərimənin məbləği isə hələlik müəyyən edilməyib.
Bakı Şəhəri Yasamal Rayonu İcra hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən isə sözügedən ərazidə yaşıllığın olması faktı tamamilə təkzib edilib.
"Siz orada ağac görmüsünüz, ümumiyyətlə orada ağac var ki? "Ovçular birliyi"nin yanında böyük bir yaşıllıq zonası görməmişik. Xırda qurumuş ağaclar varsa, onları nəzərdə tutursunuzsa... Ekologiya Nazirliyi ağacların qırılmasına görə akt tərtib edib? Bizim bundan xəbərimiz yoxdur.
Məsələni araşdıracağıq. Biz hər gördüyümüz xəbərə deyil, ancaq rəsmi xəbərlərə inanırıq", - deyə Yasamal Rayonu İcra hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas "Ovçular birliyi"nin üzvu olduğunu bildirsə də baş verənlərdən xəbərsiz olduğunu bildirib.
"Mənim belə bir binanın tikintisindən xəbərim yoxdur. Ağacların məhv edilməsindən də xəbərsizəm. Biıməyim bir şey haqqındada danışa bilmərəm. Ovçular evinə tez-tez gedirəm. Oranın üzvüyəm. Hamıya-Jurnalistlərə, yazıçılara və s evlər tikilir. deputatlar da bu ölkənin vətəndaşlarıdır. Onalara da ev tikə bilərlər burda nə var ki?"
Deputat Fazil Mustafa da deputatlar binasının tikintisindən xəbərsiz olduğu kimi, ağacların kəsliməsindəndə məlumatı olmadığını lakin istənilən halda yaşıllıq massivin məhv edilməsinin doğru olmadığını bildirib.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Bakıda deputatların binasına görə ağacları kütləvi şəkildə qırırlar (VİDEO)
Bakıın daha bir ərazisində kütləvi şəkildə ağac kəsilməsi faktı qeydə alınıb. Budəfə ki, hadisə Bakının Yasamal rayonu mətbuat prospektində yerləşən "Ovçular Ev...