BAKU.WS-in qabartdığı problemi Leyla Əliyeva həll etdi (VİDEO, FOTO)

BAKU.WS-in qabartdığı problemi Leyla Əliyeva həll etdi (VİDEO, FOTO)
Video
Sosial 5595

Bakının Nərimanov rayonunda məhv edilmiş yaşıllıqlar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bərpa olunub.

Birlikdən verilən məlumata görə, noyabrın 3-də qurumun Təbiətə Təcili Yardım – 1113 "Qaynar xətt”inə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 25 ünvanında qanunsuz ağac kəsilməsi ilə bağlı sakinlər tərəfindən şikayət daxil olub. Dərhal hadisə yerinə yollanan IDEA-nın mütəxəssisləri aidiyyəti dövlət qurumları ilə birlikdə ərazidə 2 ədəd ağacın qeyri-qanuni kəsildiyini müəyyən ediblər.

Birliyin təsisçisinin təşəbbüsü ilə yaşıllıqların bərpası məqsədilə həmin ərazi nəzarətə götürülüb və qeyd olunan ünvanda 9 ədəd sərv və şam ağacı əkilib.

Ağacəkmə aksiyasında IDEA, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri iştirak edib.

IDEA İctimai Birliyi bütün vətəndaşları yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı yaradılan "Qaynar xətt”ə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırıb.

Qeyd edək ki, həmin ünvanda ağacların kəsilməsi xəbərini ilk dəfə olaraq BAKU.WS qabartmışdı. Saytımızın əməkdaşı redaksiyamıza müraciət edən sakinin şikayətini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətinə çatdıraraq problemi ictimailəşdirmişdi

Saməddin Mehralıyev

BAKU.WS 

Oxşar xəbərlər

Prezident ailəsi ilə “Sevirəm” parkında (FOTO)

Prezident ailəsi ilə “Sevirəm” parkında (FOTO)

Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan "Sevirəm” park kompleksinin açılışı olub. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İ...

1435 Şou-biznes 16:50 06 oktyabr 2016

Son xəbərlər