Azərbaycanda 2 kq-lıq limon (VİDEO)

Azərbaycanda 2 kq-lıq limon (VİDEO)
Video
Şou-biznes 1486

 

Tovuz rayonunda Hindistan növü olan limon yetişdirilir. 

BAKU.WS Region TV-yə istinadən məlumat verir ki, Hindistan növü olan limon ağacı 150 kiloqramadək məhsul verir. Limonun 1 ədədinin çəkisi isə 1-2 kiloqramdır. 

Görünüşünə görə cənub zonasında yetişdirilən limonlardan fərqlənən bu subtropik bitki Tovuzun Əyyublu kəndində becərilir. Ağac ilin bütün fəsillərində bar verir. Bu limonlar ürək-damar xəstələri üçün xüsusilə faydalıdır.

Kənd sakini Cahangir Sadıqov ağacın tingini illər öncə dostundan aldığını deyib:

"Qələm formasında əkmişdim, 5 il qulluq etdim. Artıq 3 ildir ki, məhsul gətirir. Mənim 8 ildir ki, ürək-damar problemim var. Bu limonları yeyəndən sonra dərman istifadə etmirəm". 

Limonun qiyməti ölçüsündən asılı olaraq 1-2 manat arasında dəyişir.

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda dəhşət: qardaş bacısını öldürüb qəbiristanlıqda basdırdı (FOTO)

Azərbaycanda dəhşət: qardaş bacısını öldürüb qəbiristanlıqda basdırdı (FOTO)

Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb. BAKU.WS-in Kəpəz TV-yə istinadən verdiyi...

1596 Hadisə 12:19 14 yanvar 2016

Son xəbərlər