Bu vasitələr dərinizə ziyandır (SİYAHI)
Bəzi qidalardan üz dərisinə qulluq üçün istifadə etsək də, əksinə dərimizə əlavə problemlər qazandırmış oluruq.
BAKU.WS dərimiz üçün faydalı olduğu deyilən, amma əslində zərərli olan qidaları təqdim edir.
LİMON
Limonu bir çox kosmetik vasitələrdə istifadə etsələr də, əslində üz üçün ziyanlı qidadır. Limon suyu dərinin turşu tarazlığını pozur, dərinin günəş işığından gördüyü zərərin artmasına səbəb olur.
SAÇ SPREYİ
Makiyajı qalıcı etmək üçün saç spreyi istifadə edildiyini eşitmiş olarsınız. Amma bunu etməyi ağlınızdan belə keçirməyin. Yaxşı saçınıza sprey vurarkən kifayət qədər diqqətli davranır bilirsinizmi? Bu mövzuda da bir az daha həssas davranmaqda fayda var. Saç spreyi məsamələri bağlayaraq dərinin oksigensiz qalmasına və bu səbəbdən erkən yaşlanmağa səbəb olur.
ŞƏKƏR
Evdə scrabı əvəz etmək üçün şəkərdən istifadə edən xanımlar var. Bu olduqca yanlış metoddur. Üzünüzdəki qara nöqtələri təmizləsə də zərər verir. Belə ki, özünüzdə bilmədən gözlə görünməyən kiçik kəsiklərin yaranmasına səbəb olmuş olursunuz. Bu da zamanla dərinin mat və yaşlı görünməsinə səbəb olur.
KARBONATÜz üçün qulluq vasitəsi kimi karbonat dənələrində istifadə edənlər də az deyil. Karbonat dənələri təbii qoruma qalxanına zərər verir və dərinizi bakteriyalara qarşı müdafiəsiz hala gətirir.
DİŞ MƏCUNU
Sızanaq və civzə üçün diş məcunundan istifadə etməklə dərinizə nə qədər ziyan verdiyinizin fərqində deyilsiniz. Diş məcunun tərkində olan kimyəvi maddələr dərini qurudur və kimyəvi yanıqlara səbəb ola bilər.
BAKU.WSOxşar xəbərlər
Şəkərsiz mürəbbə resepti
Bu resept körpələr, şəkər xəstəsi olan hamilələr, diabetli insanların və sağlam mürəbbə yemək istəyən hər kəs üçündür. Bu mürəbbə içərisindəki şəkər miqdarının...