Balın faydaları
Təbii enerji qaynağı olaraq bildiyimiz bal, bir çox sağlamlıq problemini önləməyə köməkçi olur.
Bal bakteriya saxlamadığı üçün təbii antibiotik xüsusiyyəti daşıyar, çox güclü bir antioksidantdır. Qlükoza, fruktoza, dəmir, kalsium, fosfat, natrium, xlor, kalium, maqnezium kimi minerallardan ibarətdir. Ayrıca B1, B2, B3, B5, B6 vitaminləri baxımından olduqca zəngin qidadır. Xüsusilə öskürəyə, yuxusuzluğa, astma və bronxit xəstəliklərinə kömək edir.
Bal mineral, vitamin və amin turşuları ehtiva etdiyi üçün artıq çəki atmaqda da sizə kömək edəcək. Səhərləri ac qarına bir stəkan suya bir çay qaşığı bal və limon qarışdırıb içdiyinizdə həm günə daha enerjili başlayacaqsınız, həm də maddələr mübadiləsinizi sürətləndirərək artıq çəkilərinizdən xilas olmağınızı daha da sürətləndirəcək.
Təbii bal, antiseptik, antibakterial və antimikrob xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər yaraların təmizlənməsinə və kəsiklərin daha tez yaxşılaşmasına kömək olur. Bununla birlikdə bali kəsiklərin və yaraların üzərinə vurduqda ağrıları azaldır.
Bal, bütün həzm sistemi üçün olduqca faydalı qidadır. Balın içində olan ferment (qlükoza oksidaz), qastritin müalicəsində istifadə edilir.
Çox qısa bir müddətdə və təsirli bir şəkildə enerji səviyyəsini artıran bal yorgunluğunuzu da aradan qaldıracaq.
BAKU.WS
Oxşar xəbərlər
Tünzalə Ağayevadan qızı Fidanla bağlı paylaşım
Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla görüntülərini paylaşıb. BAKU.WS xəbər verir ki, sənətçi övladının doğum günü olduğunu vurğulayıb. Qızı ilə fotolarını...