Ağızdan gələn pis iydən necə xilas olaq?

Ağızdan gələn pis iydən necə xilas olaq?
Şou-biznes 3877

Tanışlıq, münasibət qurmaq, eləcə də gündəlik həyatda ünsiyyət bizim üçün çox vacibdir. Amma bəzən buna mane olan səbəblər ortaya çıxır. Bu zaman ağızdan gələn xoşagəlməz qoxu çoxlarını narahat edir.

Ağızdan gələn pis qoxu insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır. Bəzi adamlarda bu, hətta daimi stresslərə gətirib çıxarır. Nəfəsin xoşagəlməz qoxmasının bir çox səbəbləri var. Məsələn, soğan, sarımsaq, ət, balıq, pendir və s. kimi bəzi qidaları yeyəndən sonra qoxu yaranır. Köklük, siqaret yaxud alkoqol qəbulu da nəfəsin təmizliyini korlayır.

Ümumiyyətlə, bu baxımdan ağızın və dişlərin gigiyenik baxımı olduqca vacibdir. Çünki dişlərin vaxtında və düzgün yuyulmaması da ağızdan qoxunun gəlməsinə səbəb olur. Belə ki, yemək qalıqları dişlərin arasına çökür və orada qalaraq qoxu törədən bakteriyaların çoxalmasına səbəb olur. Ona görə dişləri bir dəqiqədən az olmayaraq firçalamaq lazımdır. Həmçinin, yalnız dişləri yox, dilin üzərini də təmizləməliyik ki, bura yığılan bakteriyalar məhv olsun. Bunun üçün xüsusi fırçalar satılır. Bakteriyalar daha çox dilin arxa hissəsinə toplandığından, bu hissənin təmizlənməsinə xüsusi diqqət vermək lazımdır. Hər yeməkdən sonra isə fırçalamaq imkanı yoxdursa, heç olmasa ağızı su ilə yaxalamaq olar. BAKU.WS-in məlumatına görə, ağızdakı qoxunun qarşısını almaq üçün mixək dənələrini çeynəmək məsləhətlidir. Mixək nəfəsi təravətləndirir. Eyni zamanda nanə, cəfəri, kərəviz bitkilərinin yarpaqlarını çeynəmək də ağızdakı qoxunu yox edir. Gün ərzində nanəli konfetlərdən istifadə etmək olar. Bununla yanaşı, arı şanını çeynəmək də nəfəsdəki qoxunu götürür, həm də ağız boşluğundakı problemləri aradan qaldırır. Bu baxımdan, tanıdığımız ədviyyatlardan olan darçının dəmləməsi də faydalıdır. Qeyd edək ki, ağızda quruluq da nəfəsin pis qoxmasına səbəb olur. Çünki ağızın quru olması zamanı ölmüş hüceyrələr dil, damaq və yanaqda toplanıb qalır. Sonradan parçalanaraq iy törədir. Normal halda yatan zaman ağızda quruluq yaranır. Ona görə də, bəzən səhərlər oyanarkən ağızda qoxu olur. Digər hallarda isə yeməkdən sonra 10-15 dəqiqə saqqız çeynəməklə ağız suyu vəzilərini qıcıqlandırıb ifraz edilmiş ağız suyu ilə qida qalıqlarını yumaq olar. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Yaxşı pul qazanmaq istəyirsinizsə ...

Yaxşı pul qazanmaq istəyirsinizsə ...

BAKU.WS bu günün ulduz falını təqdim edir: Qoç - Günün birinci yarısı aldığınız xoşagəlməz xəbər sizi çaşdıracaq və səhv qərar qəbul etməyinizə səbəb olacaq....

2018 Şou-biznes 08:27 24 sentyabr 2015

Son xəbərlər