Dəfnə yarpağının faydaları

Dəfnə yarpağının faydaları
Şou-biznes 1866

 

Daha çox kosmetik vasitələrdə istifadə olunan dəfnə yarpağı insan orqanizmi üçün olduqca faydalıdır. Əldə edilən yağ ilə antiseptik xüsusiyyətə sahibdir.

Dəfnə yarpaqları ilə hazırlanan vanna gərginlik və ağrılara yaxşı təsir edir. Əsas da revmatizma ağrılarını sakitləşdirir. Dəfnə yağı dəfnə ağacının zeytuna bənzəyən meyvəsindən çıxarılır və bundan hazırlanan sabun saç və dəri üçün effektiv vasitədir. Bu yağ sabun istehsalında da istifadə olunur.

Dəfnə sabunu saç diblərindəki məsamələri açır və saç dibində olan qaşınmaları aradan qaldırır. Bu yağdan adətən üz qulluğu üçün istehsal olunmuş kosmetik vasitələrdə istifadə olunur. Quru dərini nəmləndirir. Hamilələrin istifadə etməsi təhlükəlidir. Dəfnə yağı allergiyaya səbəb ola bilər.

Zəhərli dəfnə növləri olduğu üçün hansı növünün istifadə edildiyindən əmin olmaq lazımdır. Yaban dəfnəsi, Ərəbistan dəfnəsii kimi növləri zəhərlidir.

Dəfnə yarpaqlarından qidalarda da istifadə olunur. Borş kimi yeməklərrə dəfnə yarpağı atdıqda özünəməxsus dad verəcək. Bundan başqa xanımlar, turşu bağlamalarında da dəfnə yarpaqlarından istifadə edirlər. 

BAKU.WS

Son xəbərlər