Möcüzə meyvənin insan orqanizminə faydaları

Möcüzə meyvənin insan orqanizminə faydaları
Şou-biznes 4389

 

Tərkibində pektin, tanin, şəkər, orqanik turşu, A və C vitamini, mineral duzlar, toxumlarında isə yapışqan maddələr, yağ, tanin, rəngli maddələr, zülal, az miqdarda amygdalin və eMule olan heyva bir çox xəstəliklərin müalicəsinə kömək edir. Əsasən, ürək, ağciyər, boğaz, mədə, böyrək, göz, bağırsaq kimi xəstəliklərə təsiri böyükdür.

Heyva ürək-damar xəstəliklərinin müalicəsində əvəz olunmaz təsirə malikdir. Belə ki, heyva yarpağından qaynadılmış su ürək ağrılarını sakitləşdirir, ürək döyüntülərini sabitləşdirir. 

Kərə yağı ilə bişirilmiş heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürək, bronxit və vərəm xəstəliklərinə kömək edir. 

Həzm, mədə-bağırsaq problemləri olanlar üçün də olduqca faydalı qidadır. Heyvadan hazırlanmış cem, kompotlar ağız qoxusunu aradan qaldırır, həzm prosesinə müsbət təsir edir, mədə narahatlıqlarını aradan qaldırır, təzyiqi aşağı salır.

Doğumu asanlaşdırmaq üçün heyva suyu və çəyirdəyi qaynadılıb içilməlidir. Körpəsi olan analar südlərini artırmaq üçün bol heyva yeməlidirlər.

Heyva qabığı və ya heyva çəyirdəyinin qaynadılmış suyu, sidik yolu iltihablarını aradan qaldırır. Qrip və soyuqdəyməyə kömək edir.

Gözdə iltihab olduqda heyva yarpağını qaynadıb soyuduqdan sonra gözləri gündə bir neçə dəfə yumaq lazımdır. İltihabı aradan qaldıracaq.

BAKU.WS

Oxşar xəbərlər

53 yaşlı Əməkdar artisti aktyor oğluna bənzətdilər

53 yaşlı Əməkdar artisti aktyor oğluna bənzətdilər

Əməkdar artist Nicat Kazımov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.  BAKU.WS xəbər verir ki, aktyor şəxsi instaqram hesabında gənclik illərində çəkilən fotos...

18312 Şou-biznes 14:35 26 iyul 2025

Son xəbərlər