Qripdən necə qorunmaq lazımdır?

Qripdən necə qorunmaq lazımdır?
Şou-biznes 1281

 

Havaların soyuması ilə qrip, soyuqdəymə kimi xəstəliklər artıq daha çox müşahidə olunmağa başlayıb. Xüsusən də infeksion xəstəlik olan qrip daha geniş yayılıb. Bəs bu virusdan necə qoruna bilərik? 

İlk öncə getdiyiniz məkanlardan asılı olmayaraq əllərinizi tez-tez sabunla yuyun. Çünki, həm qrip həm də digər xəstəliklərin yaranma səbəbi mikoroblardır. Mikroblar isə orqanizmə ən çox əllərimizin vasitəsi ilə daxil olurlar. Buna görə də əllərimizin təmizliyinə maksimum dərəcədə diqqət etməliyik.

Antibakterial salfetkalardan istifadə etmək yerinə tez-tez əlinizi və üzünüzü sabunla yuyun. Çünki həmin salfetlər virusu öldürməkdə acizdir. Amma sabun bütün bakteriya və mikrobları məhv edir.

Qrip olan insanlarla yaxından təmasda olmayın. Əl sıxaraq belə görüşməyin.

Qaraciyər metabolizmasının və bağırsaq florasının sağlam çalışması da qripə qarşı müdafiədə əhəmiyyətli rola malikdir. Qaraciyərdə maddələr mübadiləsini gücləndirmək üçün cəfəri-limon qarışığı yeyin. Cəfəri-limon qarışığı eyni zamanda qaraciyər yağlanılmasını aradan qaldırmağa kömək edir.

A, C və E vitamini ilə bol olan qidalardan çox istifadə edin. Xüsusən soğan, sarımsaq kimi qidalar mikrob və bakteriyaları öldürür.

Tətbiq olunması vacib olan profilaktikalardan biri də adaçayı ilə qarqara etməkdir. Axşam yatmamışdan qabaq və səhər evdən çıxmadan adaçayı ilə qarqara edin. Adaçayı qarqarası faringit və badamcıq infeksiyasından qoruyucu xüsusiyyətə sahibdir.

Darçın, zəncəfil kimi ədviyyatlardan hazırlanmış çaylar da virusa qarşı imuniteti gücləndirir.

Qida rasionunuzda ət və ət məhsulları, meyvə və tərəzəvə xüsusi ilə üstünlük verin. Bol maye qəbul edin, fasfood kimi qidalar yerinə kalorisi bol olan qidalar qəbul edin. Hər gün şorba için. Çünki, şorba həm soyuqdəyməyə həm də mədə xorası kimi xəstəliklərə təsir edə bilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakı küçələrinin özbaşına sürücüləri (VİDEO)

Bakı küçələrinin özbaşına sürücüləri (VİDEO)

Bakıda yol qaydalarına uyğun hərəkət edə bilməyən qəzəbli sürücülərin videoları yayılıb. BAKU.WS redaksiyasına daxil olan görüntülərdən sürücülərin kobud qayd...

1736 Sosial 16:28 09 oktyabr 2015

Son xəbərlər