Azərbaycanda toya hazırlaşan şəxslərin 20-də QİÇS çıxdı
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən bu ilin iyunun birindən nikaha daxil olmaq istəyən şəxslər məcburi şəkildə tibbi müayinədən keçirlər. Bu qərardan sonra indiyə qədər evlənmək istəyən 36 min 64 nəfər müayinədən keçib.
Bu barədə Səhiyyə Nazirliyi Hemotologiya İnstitutunun direktoru Zöhra Əlimirzəyeva BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, müayinə zamanı 20 nəfərdə QİÇS, 115 nəfərdə siflis aşkarlanıb. "Nazirlər Kabinetinin qərarına əsasən müayinədən keçən insanlar əsasən QİÇS, talasemiya, siflis xəstəlikləri üzrə qan veriblər. Müayinə zamanı talasemiyalı 7 cütlük aşkarlanıb”, - deyə qurum rəsmisi bildirib. Zöhra Əlimirzəyeva onu da əlavə edib ki, əhalinin 8 faizi irsi qan xəstəliyi olan talasemiya daşıyıcısıdır: "Əgər hər iki cütlükdə bu xəstəlik aşkarlanarsa, o zaman onlara müəyyən məsləhətlər verilir. Çünki bu xəstəlik daşıyıcısı olan insanlar praktiki sağlamdırlar. Onların gələcəkdə övladlarında bu və müxtəlif tipli xəstəliklər yarana bilər. Bu səbəbdən də qadın hamilə qalarkən ona müxtəlif məsləhətlər verilir. Onlar həkim nəzarətində olurlar. Hamiləlik dövründə döldən analiz götürülür və müayinə olur. Döldə xəstəlik aşkarlanarsa, o zaman lazımı tədbirlər görülür. Bu praktika bütün dünyada mövcuddur. Azərbaycanda da iyulun birindən bu praktikadan istifadə edirlər”.
Mütəxəssis deyir ki, digər xəstələr lazımı tibb müəssisələrinə göndərilir. Lakin xəstəlik aşkarlanan cütlüklərə evlənmək qadağası qoyulmur. Sadəcə onlara məsləhətlər verilir Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı klinikalarında niyə dərman qıtlığı yaşanır?
Bakı sakini 31 yaşlı Cavid Babayevin boynunda kəskin ağrılar olduğu üçün Mərdəkanda klinikaların birinə müraciət edib. Lakin həkimlər ona kömək üçün lazım olan...