Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə ciddi xəbərdarlıq edib
Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məluamata görə, özəl tibb müəssisələri tərəfindən xarici tibb mütəxəssisləri dəvət edilərkən Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na uyğun olaraq həmin ali və ya orta tibb işçiləri üçün Səhiyyə Nazirliyindən şəhadətnamə alınmalıdır.
"Şəhadətnamə, dəvət edilmiş əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirən və onun Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sənəddir. Bu tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar", - nazirlikdən bildirilib.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Leyla Şıxlinskaya klinikası bağlanır
Azərbaycanın bağlanmış tibb ocaqlarının sırasına daha biri qoşulur. Bu dəfə Bakının ən tanınmış klinikalarından biri qapanır. BAKU.WS milli.az-a istinadən məlu...