15 aptek cərimələndi

15 aptek cərimələndi
Hadisə 1133

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir.

Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Mərkəz tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib. O cümlədən, aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək, protokollar tərtib edilib, cərimələr tətbiq olunub.

Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülüb.

Səhiyyə Nazirliyi ölkə başçısının dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir.

BAKU.WS

Oxşar xəbərlər

Dərmanların yeni qiymətləri  (TAM SİYAHI)

Dərmanların yeni qiymətləri (TAM SİYAHI)

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərman vəsaitlərinin yeni təsdiqlənmiş qiymətlərini açıqlayıb. BAKU.WS-in məlumatına görə, siyahıda 256 adda d...

13281 Sosial 16:36 06 avqust 2015

Son xəbərlər