18 kq çəkisi olan qadın kökəldi (FOTO)
ABŞ-ın Kaliforniya ştatında yaşayan 37 yaşlı Reyçel Farux bu ilin əvvəli 18 kq çəkisi ilə gündəmə gəlmişdi.
BAKU.WS məlumat verir ki, Anoreksiya xəstəliyindən əziyyət çəkən Reyçel insanların etdiyi yardımların sayəsində müalicə olunub və çəkisi artıb.
İlin əvvəli 10 ildir evli olduğu əri insanlara müraciət edərək onlara yardım etməlirini istəmişdi:
"Həyat yoldaşım psixoloji xəstəliklər içində ölüm nisbəti ən yüksək olan ən təhlükəli növü ilə mübarizə aparır. Amerikada bu xəstəliyi müalicə edə biləcək yalnız bir xəstəxana var. Tək istəyim həyat yoldaşımın tez bir zamanda orada müalicə olunmasıdır. Ancaq maddi durumumuz buna imkan vermir. İnsanlardan artıq dərəcədə xahiş edirəm bizdən yardımlarını əsirgəməsinlər".
"GoFundMe" saytında başladılan kampaniyada iki yüz min dollar pul yığılıb. Həmin pulla Reyçel müalicə olunduqdan sonra çəki alıb. Özünü əvvəlkinə nisbətən daha yaxşı hiss etdiyini deyən qadın, xəstəliyi ilə sonuna kimi mübarizə aparacağını bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Hacı Nurandan yeni xəbər var
Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynovdan yeni xəbər var. BAKU.WS məlumat verir ki, aparıcı "Hər şey daxil” verilişinə zəng edərək proqramda qon...