Xalq artistinin oğlu türmədə öldü

Xalq artistinin oğlu türmədə öldü
Hadisə 2674
Azərbaycanın xalq artisti Kübra Əliyevanın həbsdə olan oğlu ölüb. BAKU.WS-in məlumatına görə, sentyabrın 21-də həbsxananın tibb müəsissəsində müalicə alan aktrisanın oğlu Rauf Məmmədov vəfat edib. Onun qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, Rauf Məmmədov 2010-cu ildə Bakının Yasamal rayonunda aptekə hücum edərək orada işləyən əczaçı Elmira Məmmədovanı döyüb. Qadına ağır zərbələr vurduqdan sonra aptekdən pul oğurlayaraq qaçıb. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Rauf Məmmədov tutulub. İlkin dindirilmə zamanı o, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz buna görə törətdiyini deyib.   O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Rauf Məmmədov 2010-cu ildə 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 100 minlik cinayətin üstü açıldı

Bakıda 100 minlik cinayətin üstü açıldı

Bakıda mənzillərin birində oğurluq olub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə iyulun 26-da saat 23:30 radələrində A.Gəraybə...

2906 Hadisə 13:15 18 sentyabr 2015

Son xəbərlər