AZAL-dan daha bir xoş xəbər: əl yükünün icazə verilən çəkisi artırılıb

AZAL-dan daha bir xoş xəbər:  əl yükünün icazə verilən çəkisi artırılıb
Sosial 1209

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb. AZAL-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər. Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi. "Azərbaycan Hava Yolları”nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

AZAL-dan Qurban endirimləri

AZAL-dan Qurban endirimləri

"Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək. AZAL-dan BAKU.WS-ə ve...

1491 Sosial 10:26 23 sentyabr 2015

Son xəbərlər