Bu uşaq hər kəsi heyrətləndirdi (FOTO)
Hindistanda qeyri-adi uşaq dünyaya gəlib.
BAKU.WS-in məlumatına görə, Radjastan ştatında dünyaya gəlmiş uşağın çəkisi normal uşaq çəkisindən iki dəfə çoxdur. 5,9 kiloqram olan körpə oğlan uşağı olub. "Nəhəng" uşağı təbii yolla doğmaq istəyən qadın istəyinə nail ola bilməyib. Körpənin çox böyük olduğunu görən həkimlər təcili qeysəriyyə əməliyyatı ediblər. Əməliyyat müvəffəqiyyətlə keçib. Nəticədə dünyaya kiçik bir pəhləvan göz açıb.
Çəkisinin çox olmasına baxmayaraq körpə uşaqda heç bir patologiya aşkar edilməyib. Dövlət xəstəxanasının həkimləri də bu cür hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyirlər. Bir müddətdən sonra uşağın çəkisi bütün ölkədə səs-küyə səbəb olub.
Qeyd edək ki, Hindistanda 3 kiloqram təzə doğulmuş körpə üçün normal çəki hesab edilir. Dünyada ən böyük uşaq 2009-cu ildə İndoneziyada dünyaya gəlib. Körpə anadan olanda 9 kiloqram çəkiyə sahib olub.
BAKU.WS
Oxşar xəbərlər
Ana südünün möcüzə faydaları
Türkiyənin ilk neonatoloqlarından (uşağın anadan olan gündən 28 günədək dövründə onun sağlamlığına cavabdeh həkim) Uşaq Sağlamlığı və Xəstəlikləri mütəxəssisi p...