Bakının məşhur kafesində ofisiantlar lal uşağı sürüdü

Bakının məşhur kafesində ofisiantlar lal uşağı sürüdü
Sosial 2406

Ötən gün Bakının mərkəzi hissəsində yerləşən Araz kafesində xoşagəlməz hadisə baş verib.

BAKU.WS əməkdaşının məlumatına görə, 12-13 yaşlarında nitq qüsurlu uşaq kafedə salfet satmağa çalışıb. Bunu görən kafe işçiləri isə balacaya mane olmaq istəyiblər və nəticədə tərəflər arasında münaqişə yaşanıb. 

Ofisiant uşağın qolundan kobud şəkildə tutub kafedən çıxarmağa çalışıb. Balaca oğlan müqavimət göstərməyə başlayanda isə digər ofisiantlar köməyə gəlib. Uşağı sürüyərək kafedən uzaqlaşdırmağa çalışan kafe işçilərinə məkanda olan jurnalistlərdən biri mane olub.

Uşağı sakitləşdirməyə çalışıblar. Lakin, ofisiantların kobud rəftarından hiddətlənən balaca oğlan heç cür sakitləşməyib. Məkanda olan digər jurnalistlər də hadisəyə müdaxilə edib. Nəticədə jurnalistlər balaca uşağı şirin dillə tutaraq kafedən çıxarıblar və münaqişəyə son qoyulub.

Ayşən Ayxan

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda ailənin 13-cü uşağı oldu- 7 oğlan, 6 qız (FOTO)

Azərbaycanda ailənin 13-cü uşağı oldu- 7 oğlan, 6 qız (FOTO)

Bərdə rayonunda İsgəndərovlar ailəsinin 13-cü övladı dünyaya göz açıb. BAKU.WS-in "Report”a istinadən verdiyi məlumata görə, 18 ildir evlilik həyatı yaşayan ai...

1599 Şou-biznes 15:57 18 avqust 2015

Son xəbərlər