Masallıda 4 azyaşlı evdə yandı

Masallıda 4 azyaşlı evdə yandı
Hadisə 1348

Ötən gün Masallı rayonunda dəhşətli yanğın baş verib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 13-də Masallı rayonunun Yelağacı kəndində yaşayan Yalçın Abbasquliyevin evi yanıb. Nəticədə evdəki bütün əşyalar kül olub. Ev sahibinin 4 azyaşlı uşağı xəstəxanaya yerləşdirilib. Uşaqlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb.  Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər