Ana südünün möcüzə faydaları

Ana südünün möcüzə faydaları
Şou-biznes 12863

Türkiyənin ilk neonatoloqlarından (uşağın anadan olan gündən 28 günədək dövründə onun sağlamlığına cavabdeh həkim) Uşaq Sağlamlığı və Xəstəlikləri mütəxəssisi professor, doktor Asiye Nuhoğlu, ilk 6 ay körpənin su belə vermədən yalnız ana südü ilə qidalanmasının vacib olduğunu bildirib:

 

"Valdeynlər övladlarının yaşaması üçün mütləq ana südü verməlidirlər. Ana südü, körpə ölümlərinin qarşısını ala bilər". 

Mütəxəssisin sözlərinə görə, ana südü körpə sağlamlığı, körpə ölümlərinin azaldılması, xroniki xəstəliklərin qarşısının alınması üçün ən əhəmiyyətli qidadır.

Nuhoğlu bildirib ki, körpəyə ana südü doğumdan sonra ilk yarım saat içində verilməlidir.

"Əvvəllər ilk süd səhv inanclara görə körpəyə verilmirdi. Analar bilməlidirlər ki, uşağın ilk dəfə başqa yeməklə qidalanması yolverilməzdir. İlk günlərdə gələn kolostrum deyilən süd körpələr üçün olduqca faydalı qidadır. İlk süd, uşağın ilk peyvəndi də sayılır. Ana südü uşağın həzm sistemini, sidik yollarını, ishaldan, tənəffüs yolu infeksiyalarından qoruyur. Gələcəkdə damar sərtliyi, hipertonus riskini azaltmaqla yanaşı uşaqların zehni inkişafına da müsbət təsir edir. Bundan əalvə, ana və körpə arasında psixoloji yaxınlaşmanı təmin edir. " deyə mütəxəsssis bildirib.

Hər ananın südünün öz körpəsi üçün xüsusi və uyğun olduğunu bildirən Nuhoğlu əlavə edib ki, analar südlərinin gəlməməsini bəhanə etməsinlər:

"Südün gəlməsi əmzirməklə birlikdə ifraz olunan hormonlarla əlaqədardır. Doğum etməmiş bir qadın 10 gün uşaq əmizdirərsə südü gələr. Mühüm olan uşağın əmizdirilməsidir. Uşağı əmizdirildikcə süd gəlir. İşlədiyi üçün körpəsindən ayrı qalan analar isə südünün kəsilməməsi üçün davamlı südünü sağmalıdırlar. Amma gündə üç dəfə yox, bunu uşağına süd verirmiş kimi 2-3 saatdan bir etməlidirlər. O zaman südü azalmayacaq. Bunu ona görə etməlidirlər ki, 6 aydan 1 yaşa kimi uşaq kalori və enerji kimi gündəlik ehtiyaclarının yüzdə 50-sini ana südündən alır".

Əmizdirməyin sinənin formasını dəyişdirmədiyini deyən Nuhoğlu, ananın sağlamlığı baxımından da faydalı olduğunu, sinə xərçəngindən qoruduğunu bildirib.

Mütəxəssis onu da bildirib ki, körpəsinə süd verən analar gündəlik qəbul etdikləri qidalara maksimum dərəcədə diqqət yetirməlidirlər.

BAKU.WS

Son xəbərlər