Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir – 170 yaşı var – VİDEO
13
dek
2017
21:01
Azərbaycanda 170 ilə yaxın yaşı olan ilk aptek hələ də əhaliyə xidmət edir. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün 1850-ci ildə ilk aptek yaradılıb. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, sözügedən aptek Neftçalanın Bankə qəsəbəsində yerləşir. Hələ XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən “Allah mədəni” adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. Yerli əhali ilə yanaşı balıq vətəgələrində yüzlərlə İrandan gələn həmişəri, rus, tatar, gürcü muzdlular çalışır. O vaxtlar vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər də görülür. Məhz həmin dövrdə-1850-ci ildə Bankədə, balıqçı gəmisində ilk aptek yaradılır. O dövrdə qəsəbədə fəhlələr üçün daşdan hörülmüş, taxtadan düzəldilmiş 1-2 mərtəbəli binalar inşa edilib. Artıq kombinatda sıxlıq olduğundan Bankə balıq vətəgəsi xəstəxanası və aptek həmin binaların birində yerləşdirilib. Azərbaycanda ilk yaradılan aptek əvəllər olduğu kimi bu gün təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət gödtərir. Lakin 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın bu rayonunda aptek yoxdur
Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür. Belə ki, 16 370 nəfər əhalisi olan rayonda aptek yoxdur.BAKU.WS x...