Aptek rəhbərliyi qaş düzəldən yerdə vurdu gözünü çıxardı (VİDEO)
11
okt
2017
17:06
Bakıda fəaliyyət göstərən “Qızılgül” aptekinin rəhbərliyi paytaxtın Nərimanov rayonunda yerləşdirdiyi reklam lövhəsinə dəyişiklik edib. Bu barədə BAKU.WS-ə Nərimanov rayonunda yaşayan sakinlər məlumat veriblər. Sakinləri narahat edən məsələ reklam lövhəsində 4-ü azyaşlı olmaqla 15 nəfərin ölümünə səbəb olan Binəqədidəki yanan binanın ünvan kimi göstərilməsi idi. Sakinlər bunu xoşagəlməz hal kimi qiymətləndirirlər və qeyd edirlər ki, 15 nəfərin ölümünə, onlarla insanın xəsarət almasına səbəb olan yanğın hadisənin baş verdiyi binanın reklam lövhəsinə yerləşdirilməsi qeyri etikdir. BAKU.WS bu məsələni qabartdıqdan sonra aprek rəhbərliyi reklam lövhəsinə cüzi dəyişilik edib. Belə ki, lövhənin yola Baxan hissəsində mötərizələri saxlasalar da “yanan binanın yanı” ifadəsini siliblər. Lakin lövhənin digər tərəfində isə qeydlər olduğu kimi qalıb. Deyəsən aptek rəhbərliyi reklam lövhəsinin ikiüzlü olduğunu unudub. BAKU.WS
Oxşar xəbərlər
Bakıda aptek sahibindən 15 nəfərin ruhuna hörmətsizlik (FOTO)
Bakıda fəaliyyət göstərən “Qızılgül” aptekinin şəhərdə yerləşdirildiyi reklam lövhəsi sakinlərin narazılığına səbəb olub.Paytaxt sakinləri BAKU.WS-ə həmin rekla...