İqtisadi böhran dövründə ən effektiv reklam

İqtisadi böhran dövründə ən effektiv reklam
İqtisadiyyat 1206

 

Şirkətlərin marketinq departamentləri reklam xərclərini azaldaraq, az vəsait ilə daha effektiv reklam məcralarının axtarışına başladığı bir dövrdə, Baku Lift Reklam MMC şirkəti ortaya xilas planı qoydu.

Reklam insanların təkbətək olduğu yerdə daha effektivdir

Şirkət, Bakı şəhərində yerləşən yeni yaşayış binalarının liftlərində quraşdırdığı posterləri digər reklam növlərindən daha effektiv olduğunu hesab edir. Reklamın insanların təkbətək olduğu yerdə daha yadda qalan olduğunu hesab edən şirkət, bu reklam növünün az büdcəli şirkətlər üçün əlverişli çıxış yolu olacağına əmindir.

Statistikası olan reklam

Bu gün Bakı şəhərində müxtəlif onlayn və offlayn reklam məcraları mövcuddur. Lakin onların bir çoxunun effektivliyi hələ də ölçülə bilir səviyyəyə gətirilməmişdir. Yəni marketinq mütəxəssisləri həmin reklamların effektivliyini ölçməkdə, onları rəqəmə gətirib çıxartmaqda çətinlik çəkirlər. Bir çox reklam daşıyıcılarından fərqli olaraq lift reklamında statistika çıxarmaq daha asan olduğundan, şirkətlər bunun effektivliyini dərhal ölçə biləcəklər.

Daha çox xidmət sektoru maraq göstərir

Şirkət nümayəndəsinin sözlərinə görə, bu reklam növünə ən çox maraq göstərən xidmət sektoru üzrə olan şirkətlərdir. Onlar hesab edirlər ki, bu növ reklamın insanların əlinin altında olması onların vaxtına qənaət edəcək.

Lift yerlərinin sayını 2000-ə çatdıracaq

Yeni fəaliyyətə başlamasına baxmayaraq, artıq marketoloqlarının kifayət qədər diqqətini cəlb etməyi bacaran şirkət, balansında olan 300-dən çox lifti yaxın bir il ərzində 2000-ə çatdırmağı planlaşdırır.

Büdcəsinə qənaet edərək daha effektiv reklam məcrasına baş vurmaq istəyənlər, (055) 623-07-32 nömrəsinə zəng edə və ya [email protected] ünvanına yaza bilərlər. Daha ətraflı məlumat əldə etmək üçün www.liftreklam.az saytına daxil olmağınız kifayətdir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda avtomobil yollarında bu qadağa ləğv edildi

Azərbaycanda avtomobil yollarında bu qadağa ləğv edildi

Azərbaycanda avtomobil yollarında reklam yerləşdirilməsinə qoyulan qadağa ləğv edilib, yollarda reklam yerləşdirilməsinin şərtləri müəyyən edilib. BAKU.WS-in A...

3673 Sosial 11:14 04 sentyabr 2016

Son xəbərlər