Bakıda aptek sahibindən 15 nəfərin ruhuna hörmətsizlik (FOTO)
10
okt
2017
15:03
Bakıda fəaliyyət göstərən “Qızılgül” aptekinin şəhərdə yerləşdirildiyi reklam lövhəsi sakinlərin narazılığına səbəb olub.Paytaxt sakinləri BAKU.WS-ə həmin reklam lövhəsinin fotosunu göndəriblər.Sakinləri narahat edən məsələ reklam lövhəsində 4-ü azyaşlı olmaqla 15 nəfərin ölümünə səbəb olan Binəqədidəki yanan binanın ünvan kimi göstərilməsidir.Belə ki, reklam lövhəsində “Qızılgül” aptekinin ünvanı “yanan binanın yanı” deyə qeyd olunub.Sakinlər bunu xoşagəlməz hal kimi qiymətləndirirlər və qeud edirlər ki, 15 nəfərin ölümünə, onlarla insanın xəsarət almasına səbəb olan yanğın hadisənin baş verdiyi binanın reklam lövhəsinə yerləşdirilməsi qeyri etikdir.Məsələ ilə bağlı “Qızılgül” apteki ilə əlaqə saxladıq. Aptekdən BAKU.WS-ə bildirildi ki, sakinlər həmin ərazini yanan binanın yanı kimi tanındığı üçün reklam lövhəsinə bu formada yerləşdirilib.“Narazılığa səbəb olubsa, lövhədə dəyişiklik ediləcək”, - deyə bildirildi.BAKU.WS
Oxşar xəbərlər
Bakıda sakinlər etiraz edir: "Azərsu" əkdiyimiz ağacları sulamağa imkan vermir
Bakının Nizami rayonunda Q.Qarayev pr. 38 saylı binanın sakinləri əkdikləri ağacları sulamaqda çətinlik çəkirlər.Bu barədə BAKU.WS-ə bina sakinləri məlumat veri...