"Grafika" kitab mağazası özünü biabırçı reklam etməyə çalışır (FOTO)

Grafika kitab mağazası özünü biabırçı reklam etməyə çalışır (FOTO)
Sosial 9969

"Grafika" kitab mağazası fərqli formada reklam kampaniyasına başlayıb.

BAKU.WS xəbər verir ki, "Grafika" mağazası ermənilərin adından istifadə edərək məhsullarını reklam etməyə çalışır. Belə ki, mağaza amerikalı yazarın kitabını erməni müəllifin kitabı kimi təqdim edərək bununla gündəmə gəlmək istəyir. Sözügedən kitab isə Ceyms Kuperin "Posledniy iz Mogikan"romanıdır.

Anti reklam da bir reklamdır şüarı altında bu cür "ucuz" yola əl atan mağaza sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Kəskin şəkildə qınağa səbəb olan reklam kampaniyasını mağaza sosial şəbəkələrdə də geniş şəkildə yaymağa başlayıb. Saxta profil açan mağaza işçiləri kitabın fotosunu müxtəlif səhifələrə göndərir və özlərini bu yolla antireklam edirlər.

Ölkəmizdə kitab satışı aşağı səviyyədə olduğundan bəzən kitab mağazaları bu cür reklam variantlarına əl atırlar. Bir müddət əvvəl də məşhur "Ali və Nino" kitab mağazası da kitabların qiymətini bahalaşdıraraq özünü bu cür reklam edib. 

İnsanların maariflənməsinə xidmət edən bir kitab mağazasının bu addımını isə sizin mühakimənizə buraxırıq. Əlbəttə ki, kitab oxumaq çox vacibdir. Bu üsulla mağaza kitab oxuyanların deyil ancaq öz satışını artırmağı düşünür. Lakin tarixi düşmənimizin adından istifadə edərək bu cür addım atmaq minlərlə şəhid verən bir ölkənin vətəndaşlarına yaraşmaz.

Qeyd edək ki, amerikalı məşhur yazarı Ceyms Kuperin "Posledniy iz Mogikan" əsəri 1826-cı ildə çap edilib.

Aysel Məmmədova

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə

Azərbaycanda ən böyük sosial şəbəkə adı feysbukdan "Instagram"a keçib. Ölkədə biznes sahiblərinin də ən çox istifadə etdiyi, reklam büdcəsini daha çox xərclədi...

2570 Şou-biznes 23:39 07 fevral 2017

Son xəbərlər