Bakıda marketlərin "müharibəsi” başladı - FOTO
Sosial şəbəkələrdə tanınmış supermarketlərin reklam billboardlarının şəkilləri yayılıb.
BAKU.WS-in məlumatına görə, yayılan fotolardan məlum olur ki, iri marketlər reklam "müharibə"sinə başlayıb. Məsələn "Bazarstore»nin reklam panelində onlarda 1 kq turpun 0,75 AZN-ə, digər marketlərdə isə 41,49 manata satıldığı göstərilir.
"Bazarstore"un şüarına "Bravo"dan cavab verilməsi, müharibənin tərəflərini müəyyənləşdirib. Belə ki, "Bravo”nun cavabı çox gecikməyib. "Bir turpla bazar olmaz” , - deyə "Bazarstore" ələ salınıb.
Bu iki marketin "turp müharibəsi deyəsən digərlərinin işinə yarayıb. Turpun 1 kq-nı 0.70 AZN-dən satışa çıxaran "Ted Azərbaycan” hər iki marketin bazarını öldürüb. Üstəlik 1 kq turp alana 1 kq da hədiyyə vəd edib.
BAKU.WS
Oxşar xəbərlər
Bravo supermarketi, tamamilə yeni aliş-veriş təcrübəsi
Bu gün aprelin 15-də "Bravo” supermarketlərinin ilki öz qapılarını Bakıda, Gənclik Mall-da müştərilərinə açdı. Bravo Ərzaq/Qeyri-ərzaq mallarının geniş seçimi...