Fatimə Aygünü biabır etdi: "Ona görə bizə də pis baxırlar"
Rəqqasə Fatimə Fətəliyeva xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə yazdığı "Hər birinizin mənfi rəyi, elə mənim bir yerimə" şərhindən danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi "MUZ TV"yə açıqlamasında müğənnini buna görə qınayıb.
F.Fətəliyeva sənətçilərin sosial şəbəkədə təhqirlər yazmasına qarşı çıxdığını deyib:
"Aygün Kazımova sosial şəbəkədə belə bir şərh yazıb. Bu bütün sənət adamları üçün mənfi bir hərəkət idi. O hərəkətlərə görə bizə də pis baxırlar. Adi tamaşaçılardan olsaydım çox əsəbiləşərdim, sarsılardım. O nə deməkdir, başa düşmədim? Ayıbdır.... Tanınmışıq deyə, nə istəyirik danışmalıyıq? Biz xalqa nümunə olmalıyıq. İnstaqramda tamaşaçı ilə ünsiyyət vasitəsindən biridir. O nədi, ağzına gələni yazırsan? Bəziləri elə biləcək ki, onunla özümü reklam edirəm. Mənə elə reklam lazım deyil".
BAKU.WS
Oxşar xəbərlər
Aygün Kazımovanın qızı İlqarədən yeni cazibədar fotolar
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova həmişə olduğu kimi yenə də sosial şəbəkələrdə aktivdir. BAKU.WS-in məlumatına görə, izləyicilərinin sayı gü...