Bakıda yeni pulsuz geyim mağazası açıldı (FOTO)
Bakıda pulsuz geyim mağazası fəaliyyətə başlayıb.
BAKU.WS-in məlumatına görə, AMAY ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən "Güvən" mağazasında qadınlar, uşaqlar və yaşlılar üçün paltarlar təklif olunur.
"Ehtiyac sahiblərinə geyim" devizi ilə fəaliyyət göstərən mağaza hələlik həftənin iki günü işləyir. Mağaza şənbə və bazar günləri saat 13:00-dan 17:00-a qədər xidmət göstərir.
Mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub. Kimin ehtiyacı varsa mağazaya buyurub ürəyi istədiyini götürə, kimin ehtiyacı yoxdursa Allaha xatir buyurub geyimləri mağazaya təhvil verə bilər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kasıblar üçün açılan pulsuz geyim mağazasından müraciət
Şüvəlan qəsəbəsində Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" mağazası fəaliyyətini davam etdirir. BAKU.W...