Bakıda qadın 1500 manatlıq xəzi belə oğurladı (VİDEO)
Bakıda geyim mağazası qarət edilib. Mağazaya daxil olan qadın bahalı xəz palto oğurlayıb. Oğurluq müşahidə kameralarına düşüb. Hadisə günorta saatlarında Nizami rayonundakı mağazalardan birində olub.
Brend malların satıldığı mağazaya daxil olan qadın paltarlara baxır.
Vitrindəki bahalı şubalara baxan təxminən 25-30 yaşlı qadına satıcılardan biri yaxınlaşıb kömək etmək istəyir.
Amma qadın özü istədiklərini götürərək geyinib-soyunma otağına girir və bir müddət sonra oradan çıxır.
O, siqnalizasiya daşını başqa paltarın cibinə qoyarkən əvvəlcə ətrafa göz gəzdirir. Belə məlum olur ki, naməlum qadın dəyəri 1500 manat olan kiçik xəzi paltarının altında gizlədib çıxır.
Hadisə ilə bağlı mağaza sahibi Nizami rayon polis idarəsinə məlumat verib. Görüntülər əsasında onun saxlanılması istiqamətində əməliyyat keçirilir.
Xəzər TV
BAKU.WS
Oxşar xəbərlər
Mağazanı yarıb, "nisyə dəftəri"ni apardılar
Samuxda mağazadan oğurluq edilib. BAKU.WS Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Kənd sakini Mahir Hü...