Bakıda oğurluq hadisəsi kameraya düşdü (VİDEO)
Oğru əcnəbi olduğunu deyərək kömək istəyib.
BAKU.WS-in məlumatına görə, Bakıda özünü xarici ölkə vətəndaşı kimi təqdim edən şəxs cinayət törədib.
O, pul xırdalamaq məqsədi ilə girdiyi turizm şirkətindən 1500 avro oğurlayıb. Özü də şirkətin işçisinin gözləri önündə.
Bakıda turizm şirkəti qarət edilib. Hadisə Yasamal rayonu Cəfər Cabbarlı küçəsində turizm agentliklərindən birində baş verib. Cinayət anı müşahidə kamerasına düşüb. Ofisə daxil olan şəxs əvvəlcə ətrafa göz gəzdirir. Müşahidə kamerasını görən kimi dərhal üzünü gizlədir. O, turizm şirkətinin işçisi Səbinə Salmanovaya əcnəbi olduğunu deyib kömək istəyir. O, 100 manatlıq əskinası xanım işçidən 1 manatlıq kimi xırdalamasını xahiş edir. Elə hər şeydə bu zaman olur.
Həmin şəxs pulu o qədər ustalıqla oğurlayır ki, müşahidə kamerasına belə birinci dəfə baxanda anlamaq olmur. İkinci dəfə diqqətlə baxdıqda bilmək olur ki, 1500 avronu necə portmanatının altına salaraq oğurlayır. Zərərçəkmiş Ramil Rzayev ərazi üzrə 27-ci polis bölməsinə məlumat verib. İndi polis görüntülər asasında özünü xarici ölkə vətəndaşı kimi təqdim edib cinayət törədən şəxsin axtarışlarını aparır.
Xezerxeber
BAKU.WS
Oxşar xəbərlər
Bakı avtobusunda tərbiyyəsiz sərnişin sürücünü döydü (EKSKLÜZİV VİDEO)
Bakıda sərnişin avtobusunda insident yaşanıb. BAKU.WS-in məlumatına görə, insident "BakuBus” avtobusunda qeydə alınıb. Bu barədə redaksiyamıza eksklüziv olar...