Bakının böyük prospekti bağlandı - polislə sakinlər arasında gərginlik (VİDEO)

Bakının böyük prospekti bağlandı - polislə sakinlər arasında gərginlik (VİDEO)
Video
Hadisə 10797
Ötən gün Xətai rayonunda baş verən yanğın nəticəsində evsiz qalan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.“Report”un məlumatına görə, sakinlər onlara hələ də harada qalacaqlarının bildirilməməsindən şikayət edirlər. Hadisə yerinə gələn polis əməkdaşları sakinləri ərazidən uzaqlaşdırıblar. Sakinlərin sözlərinə görə, hadisə yerində olan aidiyyəti qurumların əməkdaşları hələlik yalnız evləri yanan 8 ailənin köçürüləcəyini bildiriblər: "Evləri su altında qalan vətəndaşların aqibəti barədə nəsə deyilməyib. Ona görə də sakinlər buna etiraz olaraq Nobel prospektində nəqliyyatın hərəkətini məhdudlaşdırmağa cəhd göstəriblər". Aksiyada 8 ailədən əlavə, digər sakinlərin də köçürülməsi tələb edilib. Sakinlərin verdiyi məlumata görə, yanan binanın qarşısında çadırların quraşdırılması da nəzərdə tutulur və hamı evlə təmin olunandan sonra köçürülmə həyata keçiriləcək. Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report"a açıqlamasında aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini söyləyib: "Yaxın zamanlarda məsələnin müsbət şəkildə həll olunacağına ümid edirik. Ailələrin hansısa yerdə yerləşdirilməsi məsələsi Zəngilan Rayon İcra Hakimiyyətinin səlahiyyətindədir. Qəzalı binanın sonrakı aqibətinin necə olacağına gəlincə, araşdırmaların yekununda verilən qərardan asılı olacaq. Binanın tamamilə sökülüb-sökülməyəcəyi, yaxud da yenidən təmir olunması məsələsinə baxılacaq". Zəngilan Rayon İcra Hakimiyyətindən isə hazırda nümayəndələrinin hadisə yerində olduğu bildirilib. BAKU.WS

Oxşar xəbərlər

Bakıda şəhid abidəsini söküb yerində hündürmərtəbəli bina tikirlər

Bakıda şəhid abidəsini söküb yerində hündürmərtəbəli bina tikirlər

Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 52-də yerləşən "Şəhidlər parkı” sökülərək yerində çoxmərtəbəli bina tikilir. Şəhid Şahin Səməd oğlu Məmmədovun ad...

1262 Sosial 14:22 18 aprel 2017

Son xəbərlər