Bakıda narkotik tərkibli dərmanları açıq satan aptek fəaliyyətini dayandırdı (VİDEO)

Bakıda narkotik tərkibli dərmanları açıq satan aptek fəaliyyətini dayandırdı (VİDEO)
Video
Hadisə 10570
Bakıda fəaliyyət göstərən apteklərdən birində psixotrop tərkibli dərmanların qeyri-qanuni yolla satılması ilə bağlı video yayılıb. BAKU.WS-in məlumatına görə, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən aptekin əməllərini paytaxt sakinlərindən biri ifşa edib. Videogörüntülərdən aydın olur ki, videonu çəkən qadının oğlu həmin aptekdən psixotrop tərkibli dərmanlar alıb və özü üçün istifadə edib. Bundan başqa, videoda qısa müddət ərzində bir neçə gəncin aptekə gələrək sözügedən dərmanlardan aldığı, hətta birinin elə aptekin qarşısında dərmanları udduğu görünür. Aptek işçiləri isə heç kimdən qorxmadığını və satmağa davam edəcəklərini bildiriblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə BAKU.WS-ə bildirildi ki, qeyd olunan aptek artıq fəaliyyətini dayandırıb. “Aptekdə geniş araşdırmalar aparılması üçün şikayətçi vətəndaşlar Səhiyyə Nazirliyinə ərizə ilə müraciət etməlidir. Aptekdə qeyri-qanuni satışların həyata keçirildiyi aşkarlanarsa, lisenziyası da ləğv edilə bilər”, - deyə Səhiyyə Nazirliyindən bildirildi. BAKU.WS

Oxşar xəbərlər

DİQQƏT: Yayda bu dərmanları qəbul etməyin!

DİQQƏT: Yayda bu dərmanları qəbul etməyin!

Yay aylarında daha çox soyuqdəyməyə qarşı dərmanlar, xüsusilə antibiotiklər və vitamin tərkibli preparatlar əlavə təsirlər göstərərək orqanizmdə problemlər yara...

1929 Sosial 22:24 02 avqust 2017

Son xəbərlər