Azərbaycanın bu rayonunda aptek yoxdur - VİDEO

Azərbaycanın bu rayonunda aptek yoxdur - VİDEO
Video
Sosial 5476
 

Azərbaycanın bu rayonunda nə yanacaqdoldurma məntəqəsi var, nə də aptek. Sakinlər dərman tapmaq üçün Sumqayıt və ya Bakı şəhərinə getməlidirlər.

Bura 16 min 495 nəfər əhalisi olan Xızı rayonudur. 25 kənd, 1 şəhər, Giləzi, Şurabad və Altıağac olmaqla 3 qəsəbəsi olan rayonda bir çox zəruri ehtiyacların təmin olması mümkün deyil.

Rayonda aptek yalnız xəstəxanadadır. Xızı rayon mərkəzi xəstəxanasının baş həkimi Bektaş Nəbiyev bildirib ki, tibb ocağında yalnız Səhiyyə Nazirliyinin təşkil etdiyi dövlət apteki fəaliyyət göstərir ki, burada olan dərmanlar da xəstəxanaya müraciət edən xəstələr üçündür.

Rayonda sürücülər də əziyyət çəkir. Yanacaqdoldurma məntəqəsi olmadığına görə onlar avtomobilə yanacaq vurmaq üçün 60 km əlavə yol getməlidirlər.

İndi rayon sakinləri həm aptek, həm də yanacaqdoldurma məntəqəsi probleminin tezliklə həll olunmasını istəyirlər.

Rayon icra hakimiyyətindən bildirildiyinə görə, 2 il əvvələ kimi burada aptek olub. Lakin sahibkar buradan gəlir götürə bilmədiyinə görə apteki bağlayıb. Burada aptek və yanacaqdoldurma məntəqəsi açmaq istəyən sahibkarlara isə icra hakimiyyəti tərəfindən köməklik göstəriləcək. ("Xəzər TV”) 

 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər