"Bəzi "zapravka"larda avtomobillərə az yanacaq vurulur" (RƏSMİ)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyətində nöqsanlar aşkarlayıb.
BAKU.WS bildirir ki, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. "Bəzi yanacaqdoldurma məntəqələri bizim möhürləri qırır. Bizim monitorinqlərimiz göstərir ki, bir çox yanacaqdoldurma məntəqələri istehlakçıların, sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur. Bununla bağlı müvafiq sənədlər toplanıb və prokurorluq orqanlarına göndərilib", – deyə R.Həsənov qeyd edib.
Oxşar xəbərlər
Dövlət Komitəsində nöqsanlar: 300 sərəncam qanunsuz ləğv edilib
"Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılmış yoxlamalar zamanı 300 sə...