Dövlət Komitəsi işçi axtarır
"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 70 yeni iş yeri açılacaq. Bu iş yerləri dövlət büdcəsindən maliyyələləşən yox, təsərrüfat hesablı iş yerləridir. Bunlardan 40-a yaxını rayonlarda, 30-u isə mərkəzdə olacaq".
BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov deyib.
Onun sözlərinə görə, işə qəbulda əsas tələb şəxslərin həmin sahələr üzrə mütəxəssis olmasıdır: "Çünki bu, ölçmə vasitələrinin yoxlanması sahəsində olacaq. İşləmək istəyənlər attestasiyadan keçiriləcək və regionlardakı iş yerlərində 300 manat maaş veriləcək. Mərkəzdə ola bilsin ki, nisbətən daha çox olacaq".
Aparat rəhbəri Arif Əşrəfov əlavə edib ki, sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarkar komitədə akkreditasiyadan keçəcək və bundan sonra bu fəaliyyətlə məşğul olacaq: "Bu sahədə müvafiq bazaya malik olan hüquqi və ya fiziki şəxs sertifikaflaşdırma fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirə bilər. Biz də bu sahədəki qanunvericiliyə uyğun olaraq daxili qaydalarını, prosedudlarını, maddi- texniki bazasını qiymətləndirib onu akrreditasiyadan keçiririk".
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Banklar Mərkəzi Bankın nəzarətindən çıxdı
"Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında" Prezidentin Fərmanı dərc edilib. Fərmandan belə görü...