Azərbaycanda yay vaxtı nə vaxt ləğv ediləcək?

Azərbaycanda yay vaxtı nə vaxt ləğv ediləcək?
Sosial 1176

 

Oktyabrın 25-də, saat 5:00-da respublika ərazisində saatlar bir saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

BAKU.WS

Son xəbərlər