Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış vaxtı oktyabrın 1-dən dəyişəcək
Yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib. BAKU.WS-in məlumatına görə, bu barədə APA məlumat yayıb. Verilən məlumata görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola biləcəklər. Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq. Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil ediləcək. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Rayon maşınları qadağasının ilk günü: “Öz paytaxtıma niyə gedə bilmərəm?!” (FOTO)
Rayon qeydiyyatında olan maşınların Bakıya buraxılmaması qadağası bu gündən etibarən qüvvəyə mindi. Xəbər verdiyimiz kimi, baş nazirin müavini, Nazirlər Kabine...