Azərbaycanda dövlət qulluqçusu borca görə özünü asdı (FOTO)
Bu gün gecə saatlarında Gəncə şəhərində intihar hadisəsi baş verib.
BAKU.WS-in "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Yaqubov özünü asıb. Yaxınları bildirib ki, Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. K.Yaqubov həm də bizneslə məşğul olub, özünün qapı istehsal edən sexi var. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.
K.Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi. Gəncə Şəhər Prokurorluğundan "Qafqazinfo”ya bildirilib ki, faktla bağlı araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Bakı sakini kredit borcuna görə özünü asdı
Bakının Pirallahı rayonunda bir nəfər borca görə özünü asıb. BAKU.WS-in məlumatına görə, bu barədə virtualaz.org-a Pirallahı Rayon Polis İdarəsindən bildiriblə...