Əqrəbləri geri çəkməyi unutmayın
25 oktyabr 2015-ci il tarixində Azərbaycanda yay vaxtı ləğv ediləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi BAKU.WS-ə verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 oktyabr 2015-ci il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevin sərt tənqidindən sonra Dövlət Komitəsində təcili toplantı keçirildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıd...